Həbs edilmiş siyasi mühacir aclığa başlayıb

Azərbaycanda narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilmiş Anar Əliyev oktyabrın 3-dən quru aclığa başlayıb. Bu barədə vəkil Elçin Sadıqov məlumat verib.

Xatırladaq ki, o, iyulda xəstə atasına baş çəkmək üçün Almaniyadan Azərbaycana gəlib. Almaniyada Əliyevin ailəsi humanitar səbəblərlə əlaqədar Almaniyadan sığınacaq alıb. Bir neçə həftə sonra o, polis tərəfindən saxlanılıb və narkotik ticarətində ittiham olunub. Onun barəsində Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitə hazırlama, göndərmə və ya satma) və 234.4.3-cü (küllü miqdarda) maddələri ilə cinayət işi açılıb. Bu maddələrlə ona 12 ilə qədər həbs cəzası verilə bilər.

Vəkilin sözlərinə görə, Nizami rayon polis idarəsinin müvəqqəti saxlanma yerində saxlanılan Əliyev ona qarşı siyasi və qurama ittiham irəli sürülməsinə, ailəsinə təzyiq olunaraq ölkədən çıxışına məhdudiyyət qoyulmasına etiraz əlaməti olaraq quru aclığa başlayıb.

Anar Əliyev özü bu ittihamları rədd edir və şərləndiyini bildirir. Onun həbsinin əsl səbəbi Almaniyada Azərbaycandakı siyasi məhbusların hüquqlarının qorunması tələbi ilə keçirilən etiraz aksiyalarında iştirak etməsidir.

Previous Post

Arrested political emigrant started hunger strike

Next Post

Azerbaijan seeks extradition of former head of Gubadli from Poland

Start typing to see posts you are looking for.