“Hacı Cavad” məscidinin keçmiş axundu sərbəst buraxılıb

“Hacı Cavad” məscidinin keçmiş axundu, şiə ilahiyatçı,  oktyabrın 25-də günorta saxlanılmış Əhliman Rüstəmov gecəyarısı sərbəst buraxılıb. Bu barədə onun yaxınları məlumat veriblər.

Rüstəmov Dövlət Təhlükəsizliyi Xidmətində dindirilib. Təfərrüatlar açıqlanmır.

Qeyd edək ki, son günlər bir neçə şiə ilahiyyatçı qısamüddətli həbslərə məruz qalıb.

Bununla yanaşı, “Azərbaycanın din xadimləri” birliyinin üzvü və maide.az saytının baş redaktoru Sərdar Babayevə Azərbaycan Cinayət Məcəlləsinin 274-cü maddəsilə (dövlətə xəyanət) ittiham irəli sürülüb.

Yerli müşahidəçilər dindarların saxlanmasını son zamanlar Azərbaycanla İran arasında münasibətlərin gərginləşməsilə izah edirlər.

Previous Post

Believers were released after interrogations at the State Security Service

Next Post

Former akhund of Haji Javad Mosque released

Start typing to see posts you are looking for.