İmran Əliyev “Abzas Media” işi üzrə məsuliyyətə cəlb edilib

Meclis.info saytının rəhbəri İmran Əliyev “Abzas Media” işi üzrə cinayət məsuliyyətinə cəlb edilib.

Turan-a məlum olub ki, ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsilə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq)  ittiham irəli sürülüb.

Yaxın saatlarda Bakı Xətai Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçəcək.

İmran Əliyev dünən axşam Bakı hava limanında saxlanılıb. O güman edib ki, onu “Abzas Media” işi üzrə cəlb etmək istəyirlər.

*Ötən il noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli saxlanılıb. Nəşrin ofisində axtarış zamanı polis 40 min avro “tapıb”.

Həmin gün “Abzas Media” direktorunun müavini Məhəmməd Kekalov, noyabrın 21-də isə baş redaktor Sevinc Vaqifqızı saxlanılıb. Bir müddət sonra jurnalist Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı, yanvarın 13-də Elnarə Qasımova həbs ediliblər.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsilə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq)  ittiham irəli sürülüb. Onları 5 ildən 8 ilədək həbs təhlükəsi gözləyir. Onlar xarici donorlardan qanunsuz qrant almaqda ittiham olunurlar.

Beynəlxalq jurnalist təşkilatları Azərbaycan hakimiyyətini saxlanılan jurnalistləri dərhal azad etməyə və müstəqil KİV-lərə təzyiqlərə son qoymağa çağırıblar.

Previous Post

Imran Aliyev has been brought to justice in the case of “Abzas Media”

Next Post

The court arrested Imran Aliyev for a period of 2 months

Start typing to see posts you are looking for.