İstintaq təcridxanasında aclıq aksiyası keçirməsi nəticəsində müxalifətçi E.Həsənovun səhhəti pisləşib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Elnur Həsənov 4-cü gündür ki, 1 saylı Bakı İstintaq Təcridxanasında quru aclıq aksiyası keçirir.

AXCP-dən verilən məlumata görə, aclıq aksiyası nəticəsində onun mədə və öd kisəsinin xroniki xəstəliklərinin pisləşməsinin nəticəsində kəskin ağrıları başlayıb.

Ə.Həsənov aprelin 18-də məhkəmədə çıxışı üçün hazırladığı səs yazılarının götürülməsinə etiraz olaraq aclıq aksiyasına başlayıb.

Həsənov ikinci Qarabağ müharibəsi şəhidi Teymur Həsənovun qardaşıdır.

«Mən bir şəhid qardaşıyam. Həbsimdən 17 gün sonra 62 nəfər erməni əsiri azad edilib. Hansı ki, onlar 3000 şəhidin canına qıyanlardır. Ancaq mən hüquqlarımı tələb etdiyimə görə zindanda Vilayət Eyvazov tərəfindən əsir saxlanılıram və bütün qurumlar susur”, – Elnur Həsənov quru aclığa başlaması barədə məktubunda yazıb.

*Elnur Həsənov 2023-cü il noyabrın 28-də narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək (Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi) həbs edilib. Fəal hesab edir ki, onun həbsinin əsl səbəbi Yol Polisi rəhbərliyinin hərəkətlərini tənqid etməsidir.

Previous Post

As a result of the hunger strike in the pre-trial detention center, the health condition of oppositionist E. Hasanov worsened

Next Post

Gubad Ibadoglu has been released under house arrest!

Start typing to see posts you are looking for.