Jurnalist Anar Abdullayev saxlanılıb

Ötən gün polis jurnalist- frilanser və ictimai fəal Anar Abdullayevi saxlayıb.

Onun həmkarı Mina Əlyarlı Turan-a bildiribki,  oktyabrın 5-də iki dəfə polis əməkdaşları jurnalistin evinə gedərək Nərimanov Rayon Polis İdarəsinə gəlməyi tələb ediblər. O vaxt Abdullayev evdə olmayıb.

Saat 16.00-da o, Nərimanov Rayon Polis idarəsinə gedib,  telefonunu yaxınlarına verib.

Bir müddət sonra onun mobil telefon zəng ediblər və yaxınlarından tələb ediblər ki, telefonu 18-ci polis bölməsiə gətirsinlər. Onun özünü həmin şöbəyə aparıblar.

“Polisdən bildirdilər ki, Anar 535.1-ci (polisə tabe olmamaq) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə inzibati xətalar törətməkdə ittiham olunur. Ancaq biz hesab edirik ki, bunlar uydurma və siyasi cəhətdən əsaslandırılmış ittihamlardır. Anar polisə özü gedib, necə tabe olmaya bilərdi?”,- Əlyarlı deyib.

Yaxınları hesab edirlər ki, Abdullayevi sosial şəbəkələrdə hakimiyyəti tənqid etdiyinə görə saxlayıblar.

“Hazırda Anar vəkil olmadan dindirilir. Ola bilsin ki, onu işgəncələrə məruz qoyurlar”, – Əlyarlı deyib.

Bu gün Abdullayevin məhkəmə qarşısına çıxacağı gözlənilir.

Anar Abdullayev bundan öncə də etiraz aksiyalarının işıqlandırılması zamanı saxlanılıb.

Previous Post

The police stopped the protest action of the PFPA members

Next Post

Journalist Anar Abdullayev detained

Start typing to see posts you are looking for.