JURNALISTLƏRƏ QARŞI KİBER CINAYƏTLƏ BAĞLI AVROPA İNSAN HAQLARI MƏHKƏMƏSINƏ ŞİKAYƏT EDİILƏCƏK

İyulun 22-də, Azərbaycanda Milli Mətbuat Günündə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun təşəbbüsü ilə “Tənqidi səslərə yeni rəqəmsal təhdidlər” mövzusunda virtual dəyirmi masada keçirilib. Jurnalistlərin, ictimai fəalların, həmçinin beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi virtual dəyirmi masada milli media məkanının ənənəvi problemlərilə yanaşı daha çox son zamanlar üzə çıxan jurnalistlərin rəqəmsal cəsus alətləri (Pegasus Project) izlənilməsi, jurnalistlərin və hakimiyyətin tənqidçilərinin həbsi və ictimaiyyətlə məsləhətləşmələr aparılmadan yeni daha sərt media qanununun hazırlanması prosesi əsas müzakirə mövzuları olub.

Dəyirmi masada son cəsus izləməsinin (Pegasus Project) qurbanı olan jurnalistlər, o cümlədən mühacirətdə olan jurnalistlər, hüquq müdafiəçiləri və fəallar çıxış edib. Çıxış edənlər hakimiyyətin bu cür qanunsuz fəaliyyətini pisləyərək yerli məhkəmələrə, habelə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etməyə hazır olduqlarını bildirdilər. Cəsuz izləməsinin qurbanları məhkəmələrə birlikdə müraciət etmək fikrindədirlər.

Həmçinin gələcəkdə bu kimi halların qarşısını almaq üçün üsullar təklif edildi.

Dəyirmi masada “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, vəkil Şəhla Hümbətova, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid, RATİ-nin icraçı direktoru Emin Hüseynov, publisist Xaliq Bahadır, hüquq müdafiəçiləri Zəfər Əhmədov və Avtandil Məmmədli, həmçinin jurnalistlər

Mehman Hüseynov, Sevinc Osmanqızı, Fizzə Heydərova, Cəsuz Məmmədov, Sevinc Sadıqova, Natiq İsbatov və Elçin İsmayıllı çıxış etdilər.

“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid hakimiyyətin əməlini növbəti mütəşəkkil cinayət kimi qiymətləndirib. Onun sözlərinə görə, hakimiyyət öz vətəndaşlarını terrorla mübarizə alətləri ilə izləyir. RATİ-nin icraçı direktoru Emin Hüseynov qeyd edib ki, Azərbaycan hakimiyyətinin törətdiyi kiber cinayətə qarşı güvvələri birləşdirmək üçün vətəndaş cəmiyyəti ilə fəal iş davam etdiriləcək.

Jurnalist Mehman Hüseynovun sözlərinə görə, fəallara qarşı kiber hücum faktı onu təəccübləndirməyib. Çünki vətəndaş cəmiyyəti fəalları və jurnalistlər dəfələrlə hakimiyyətin bu cür hərəkətləri ilə üzləşib.

Publisist Xaliq Bahadır da öz növbəsində qeyd edib ki, antixalq, antidemokratik hakimiyyət öz tənqidçilərini təqib etməyi özünə borc bilir. Onun sözlərinə görə, hakimiyyət təkcə öz tənqidçilərindən deyil, şəxsi maraqlarına görə hakimiyyətin ünvanına tərifli məqalələr yazan, lakin ilk fürsətdə Əliyev hakimiyyətinə xəyanət edə biləcək satılmış jurnalistlərdən də qorxur.

Vəkil Şəhla Hümbətova çıxışında qeyd edib ki, zərərçəkmiş fəallar və jurnalistlər səylərini birləşdirərək məhkəməyə birgə müracitə edəcəklər. Bu daha effektiv nəticə verə bilər. Vəkillərin operativ qrupu yaradılıb, yerli və AİHM-ə müraciət prosesinə hazırlıq işləri aparılır.

Vəkil həmçinin fəallara qarşı kiber cinayətlərə beynəlxalq ictimaiyyətin diqqətinin cəlb edilməsini vacib hesab edir. İyulun 22-də, Azərbaycanda Milli Mətbuat Günündə

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun təşəbbüsü ilə “Tənqidi səslərə yeni rəqəmsal təhdidlər” mövzusunda virtual dəyirmi masada keçirilib. Jurnalistlərin, ictimai fəalların, həmçinin beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi virtual dəyirmi masada milli media məkanının ənənəvi problemlərilə yanaşı daha çox son zamanlar üzə çıxan jurnalistlərin rəqəmsal cəsus alətləri (Pegasus Project) izlənilməsi, jurnalistlərin və hakimiyyətin tənqidçilərinin həbsi və ictimaiyyətlə məsləhətləşmələr aparılmadan yeni daha sərt media qanununun hazırlanması prosesi əsas müzakirə mövzuları olub.

Dəyirmi masada son cəsus izləməsinin (Pegasus Project) qurbanı olan jurnalistlər, o cümlədən mühacirətdə olan jurnalistlər, hüquq müdafiəçiləri və fəallar çıxış edib. Çıxış edənlər hakimiyyətin bu cür qanunsuz fəaliyyətini pisləyərək yerli məhkəmələrə, habelə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etməyə hazır olduqlarını bildirdilər. Cəsuz izləməsinin qurbanları məhkəmələrə birlikdə müraciət etmək fikrindədirlər.

Həmçinin gələcəkdə bu kimi halların qarşısını almaq üçün üsullar təklif edildi.

Dəyirmi masada “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, vəkil Şəhla Hümbətova, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid, RATİ-nin icraçı direktoru Emin Hüseynov, publisist Xaliq Bahadır, hüquq müdafiəçiləri Zəfər Əhmədov və Avtandil Məmmədli, həmçinin jurnalistlər

Mehman Hüseynov, Sevinc Osmanqızı, Fizzə Heydərova, Cəsuz Məmmədov, Sevinc Sadıqova, Natiq İsbatov və Elçin İsmayıllı çıxış etdilər.

“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid hakimiyyətin əməlini növbəti mütəşəkkil cinayət kimi  qiymətləndirib. Onun sözlərinə görə, hakimiyyət öz vətəndaşlarını terrorla mübarizə alətləri ilə izləyir. RATİ-nin icraçı direktoru Emin Hüseynov qeyd edib ki, Azərbaycan hakimiyyətinin törətdiyi kiber cinayətə qarşı güvvələri birləşdirmək üçün vətəndaş cəmiyyəti ilə fəal iş davam etdiriləcək.

Jurnalist Mehman Hüseynovun sözlərinə görə, fəallara qarşı kiber hücum faktı onu təəccübləndirməyib. Çünki vətəndaş cəmiyyəti fəalları və jurnalistlər dəfələrlə hakimiyyətin bu cür hərəkətləri ilə üzləşib.

Publisist Xaliq Bahadır da öz növbəsində qeyd edib ki, antixalq, antidemokratik hakimiyyət öz tənqidçilərini təqib etməyi özünə borc bilir. Onun sözlərinə görə, hakimiyyət təkcə öz tənqidçilərindən deyil, şəxsi maraqlarına görə hakimiyyətin ünvanına tərifli məqalələr yazan, lakin ilk fürsətdə Əliyev hakimiyyətinə xəyanət edə biləcək satılmış jurnalistlərdən də qorxur.

Vəkil Şəhla Hümbətova çıxışında qeyd edib ki, zərərçəkmiş fəallar və jurnalistlər səylərini birləşdirərək məhkəməyə birgə müracitə edəcəklər. Bu daha effektiv nəticə verə bilər. Vəkillərin operativ qrupu yaradılıb, yerli və AİHM-ə müraciət prosesinə hazırlıq işləri aparılır.

Vəkil həmçinin fəallara qarşı kiber cinayətlərə beynəlxalq ictimaiyyətin diqqətinin cəlb edilməsini vacib hesab edir.

Previous Post

(English) Mother of the convicted human rights defender and journalist appealed to President Ilham Aliyev

Next Post

КИБЕР ПРЕСТУПЛЕНИЯ ПРОТИВ ЖУРНАЛИСТОВ БУДУТ ОБЖАЛОВАНЫ В ЕВРОПЕЙСКОМ СУДЕ ПО ПРАВАМ ЧЕЛОВЕКА

Start typing to see posts you are looking for.