Məhkəmə müxalifətçini şərti olaraq vaxtından əvvəl azadlığa buraxmayıb

Bu gün Xəzər Rayon Məhkəməsi dəfələrlə təxirə salındıqdan  sonra, nəhayət, Xalq Cəbhəsi Partiyasının  üzvü Aqil Məhərrəmlinin müraciəti üzrə qərar çıxarıb. O, cəzasının üçdə iki hissəsini çəkməsilə əlaqədar cəzanın yüngülləşdirilməsini xahiş edib. Fəal məhkəmədən qalan müddətin şərti cəza ilə əvəzlənməsini xahiş edib.

Aqil Məhərrəmli

Lakin məhkəmə Məhərrəmlinin müraciətini təmin etməyib və bunu koloniya administrasiyasından gələn “mənfi xarakteristika” ilə əsaslandırıb.

Müdafiə tərəfi qərarı ədalətsiz hesab edir və apellyasiya vermək niyyətindədir.

Xatırladaq ki, Məhərrəmli 2018-ci ilin mayında “Azərbaycan Xalq Cəbhəsinin qanunsuz maliyyələşdirilməsi” işi üzrə həbs edilib. 4 il həbs cəzası alıb. Mayın sonunda həbsinin üç ili tamam olub. Qanunvericiliyə əsasən o, şərti olaraq vaxtından əvvəl azadlığa buraxılmaq hüququna malikdir.

By TURAN

Previous Post

Opposition Azerbaijani blogger found dead in Tbilisi

Next Post

The court denied the oppositionist parole

Start typing to see posts you are looking for.