Məhkəmə dini fəalı 6 il müddətinə azadlıqdan məhrum edib

Cümə günü Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi” Hərəkatının fəalı Razi Hümbətovun barəsində hökm oxunub.

Telman Hüseynovun sədrliyilə məhkəmə heyəti onu Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsilə təqsirli bilib və 6 il müddətinə azadlıqdan məhrum edib.

Bundan öncə prokuror onun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Hümbətov özünü təqsirli bilməyib. Müdafiə tərəfi də hökmü qanunsuz hesab edib.

Vəkil Cavad Cavadov bildirib ki, Hümbətova qarşı məhkəmə istintaqı zamanı səhih sübutlar təqdim olunmayıb. Müdafiə tərəfi apellyasiya verəcək.

Polis Hümbətovu dəstəkləmək üçün məhkəməyə gələn “Müsəlman Birliyi” Hərəkatının ona yaxın tərəfdarını saxlayıb.

Hümbətov 2021-ci il iyulun 7-də Ceyranbatan qəsəbəsində saxlanılıb. Üç gün sonra vəkil öyrənə bilib ki, hələ 8 iyula qədər Nərimanov Rayon Məhkəməsi onu külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi ittihamı ilə 4 ay müddətinə həbs edib. Onu 12 ilə qədər həbs gözləyib.

“Müsəlman Birliyi” Hərəkatı Hümbətovun həbsini sosial şəbəkələrdə hakimiyyəti tənqid etməsi, həmçinin gənclər arasında narkotik vasitələrin yayılmasına qarşı fəal mübarizəsi ilə əlaqələndirir.

Hüquq müdafiəçiləri Razi Hümbətovu siyasi məhbus kimi tanıyıblar.

Previous Post

Court sentences religious activist to 6 years of imprisonment

Next Post

Blogger Rashad Ramazanov, has been detained

Start typing to see posts you are looking for.