Nizami Rayon Məhkəməsi keçmiş diplomat Emin İbrahimovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. Bu barədə Turan-a vəkil Aqil Layıc bildirib.
Məhkəmə İbrahimovun Şüvəlan İstintaq Təcridxanasında saxlanılmasını qərara alıb.
Emin İbrahimov ona qarşı irəli sürülən ittihamları rədd edib. “Bu ölkədə qanun və hüquq yoxdur” deyən Emin İbrahimov əsassız cinayət təqibinə etiraz olaraq aclıq elan edib.