Müsəlman Birliyi Hərəkatının üzvü narkotik ittihamı ilə həbs edilib

Noyabrın 23-də işdən evə qayıdan zaman avtobus dayanacağında naməlum şəxslər tərəfindən saxlanılan Müsəlman Birliyi Hərəkatının üzvü Şahin Qədirov narkotik ittihamı ilə həbs edilib.

Ailə üzvlərinin dediyinə görə, Qədirov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsində saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 234.3.4-cü maddəsi (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) ilə cinayət işi açılıb, Nərimanov rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs qəti imkan tədbiri seçilib.

Müsəlman Birliyi Hərəkatı “inanclı Şahin Qədirovun həbsini hərəkata qarşı təxribat kimi qiymətləndirir və bu addımları hərəkata təzyiq olaraq dəyərləndirir”.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarından məlumat almaq mümkün olmayıb.

Rəsmi dövlət qeydiyyatı olmayan Müsəlman Birliyi Hərəkatı 2015-ci il yanvarın 13-də təsis edilib. Hərəkat təsis edildikdən sonra qurumun onlarla fəalı həbs edilib. Hazırda hərəkatın lideri Taleh Bağırov daxil olmaqla, 9 nəfər funksioneri və fəalı həbsdədir.

Previous Post

Muslim Unity member arrested on drug trafficking charges

Next Post

Tale Bagirzade went on a hunger strike in prison

Start typing to see posts you are looking for.