Putada öldürülən şəxs transgender imiş

Avqustun 24-də bir qrup transgender Qaradağ Rayon Polis İdarəsi və ombudsman ofisinin qarşısında etiraz aksiyası keçirib.

Onlar adı çəkilməyən transgenderlərdən birinin Puta qəsəbəsində öldürülməsinə etiraz ediblər.

Etirazçıların bildirdiyinə görə, polisdə onlara məhkəmə- tibbi ekspertizanın nəticələri və şübhəli şəxsin saxlanılması barədə məlumat verilməyib. Onlar əmindirlər ki, qətlin səbəbi bloger Sevinc Hüseynovun təhrikedici videomüraciətidir və onun cinayət məsuliyyətinə cəlb olunmasını tələb ediblər.

Etirazçılar belə halların hər kəslə baş verə biləcəyindən ehtiyat edirlər.

Xatırladaq ki, avqustun 23-də Qaradağ rayonunun Puta qəsəbəsində yerli sakinlər əlləri və ayaqları ilə bağlı vəziyyətdə yanmış qadın cəsədi tapıblar.

Hələlik hüquq-mühafizə orqanları həmin şəxsin öldürülməsini şərh etmirlər.

Previous Post

Another murder of a woman

Next Post

Trangender was killed in Puta

Start typing to see posts you are looking for.