Qiyas İbrahimov özünü yandırmağa cəhd edib

Dekabrın 7-də keçmiş “heykəl məhbusu” Qiyas İbrahimov Prezident Administrasiyasının qarşısında aksiya keçirməyə cəhd edib. O, Avropa Məhkəməsinin qərarı ilə ona çatacaq kompensasiyasının verilməməsinə etiraz etdiyini bildirib. 

Q.İbrahimov üzərinə benzin tökərək əlində alışqanı tutub. Prezident Administrasiyasının mühafizə xidməti və polis əməkdaşları onun əlindən kanistri alaraq, özünü saxlayıb.

Ərazidə olan jurnalistlərə qarşı təzyiq göstərildiyi bildirilir. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Turan-a məsələ ilə bağlı açıqlama veriləcəyi bildirilib.

Xatırladaq ki, Qiyas İbrahimov 2016-cı ilin mayında digər fəal, mərhum Bayram Məmmədovla birlikdə Heydər Əliyevin abidəsi üzərinə siyasi şüarlar yazdıqdan sonra həbs edilmişdi. Onlar hər ikisi qanunsuz narkotik dövriyyəsi ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edilmişdi. Sonradan AİHM onların həbsinin qanunsuz olduğu barədə qərar çıxarıb. 2019-cu ilin martında hər iki fəal əvf olunub.

Previous Post

Does Azerbaijan comply with the ECHR decisions on election complaints?

Next Post

Giyas Ibrahimov tried to commit self-immolation

Start typing to see posts you are looking for.