“Sərhədsiz reportyorlar” və Jurnalistləri Müdafiə Komitəsi Polad Aslanovun hüquqlarının pozulmasını pisləyiblər

“Sərhədsiz reportyorlar” və Jurnalistləri Müdafiə Komitəsi xeberman.com saytının redaktoru, yanvarın 6-da koloniyada alcığa başlayan Polad Aslanovun hüquqlarının pozulmasını pisləyiblər. Aclıq aksiyasının səbəbi Ali Məhkəmədə onun şikayətinə baxmaqdan imtina edilməsi, həmçinin yaxınları ilə telefon danışığına qadağa qoyulmasıdır. Bu barədə təşkilat öz Tvitter hesabında yazıb.

2021-ci ilin aprelində dövlətə xəyanət ittihamı ilə 16 il müddətinə mühakimə olunan Aslanov siyasi məhbus kimi tanınıb.

Öz növbəsində, Jurnalistləri Müdafiə Komitəsi Tvitterdə Azərbaycan hakimiyyətini Aslanovu dərhal azad etməyə çağırıb.

“Tənqidçi jurnalistin uydurma ittihamlarla azadlıqdan məhrum edilməsi Azərbaycanın Avrasiyada jurnalistlərin aparıcı həbsxanası kimi reputasiyasını daha da dərinləşdirir”, – təşkilatın məlumatında deyilir.

Previous Post

Prosecutor’s Office found no “crime” in the beating of Tofig Yagublu

Next Post

Reporters Without Borders and the Committee to Protect Journalists condemn the violation of P. Aslanov’s rights

Start typing to see posts you are looking for.