Saleh Rüstəmovun azad edilməsi tələbi ilə keçirilən aksiyanın 9 iştirakçısı cərimə olunub

Dekabrın 15-də Bakıda siyasi məhbus Saleh Rüstəmovun həbsdən azad edilməsi tələbi ilə keçirilən aksiya zamanı 43 nəfər saxlanılıb. Bu barədə “Müdafiə Xətti” Qeyri-Hökumət Təşkilatı məlumat yayıb.

Təşkilatın məlumatına görə, saxlanılanların 31 nəfəri Azərbyacan Xalq Cəbhəsi Partiyasının (AXCP), 6-sı Müsavat Partiyasının üzvü, 1-i Azərbaycan Demokratiya və Rifah Partiyasının nümayəndəsi, 5 nəfəri isə bitərəf fəallar və vətəndaşlardır.

Bütün saxlanılan şəxslər axşamtərəfi sərbəst buraxılıblar. Bu zaman 9 fəala İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (karantin rejimini pozma) maddəsinin pozulması ittihamı ilə pul cərimələri kəsilib.

Belə ki, Müsavat partiyasının fəalı və eyni zamanda Demokratik Qüvvələrin Milli Şurasının üzvü Tofiq Yaqublu 400 manat cərimə olunub.

AXCP fəalları Babək Həsənov, Mehriban Hüseynli, Kənan Zeynalov, Gülnarə Rəhimova, Səbinə Mirzəyeva, Şamil Nəsirov da hər biri 400 manat cərim olunub. 

AXCP fəalı Rəşid Turabov 200 manat, elə həmin partiyanın üzvü Şirvan Soltanov 100 manat cərimə olunub.

Hüquq müdafiə təşkilatı hesab edir ki, polis dinc etiraz aksiyasının dağıdılması zamanı hədsiz güc tətbiq edib.

Saleh Rüstəmov noyabrın 6-dan etibarən əsassız cinayət təqibinə son qoyulması və həbsdən azad edilməsi tələbi ilə aclıq edir.

Previous Post

The Agency for State Support to Non-Governmental Organizations of the Republic of Azerbaijan announced the results of the grant competition

Next Post

9 protesters in defence of Saleh Rustamov fined

Start typing to see posts you are looking for.