Saleh Rüstəmovun müdafiəsinə həsr olunmuş aksiyada saxlanılan 4 nəfərin aqibəti məlum deyil

Dekabrın 1-də Bakının mərkəzində siyasi məhbus Saleh Rüstəmovu azad etmək tələbi ilə keçirilən etiraz aksiyasından sonra polis tərəfindən saxlanılan 4 fəalın aqibəti məlum deyil.

Onlar fəal Rüstəm İsmayılbəyli, Xalq Cəbhəsi Partiyasının üzvləri İlham Hüseyn, Səyad Quliyev və Elxan Əliyevdir. İsmayılbəylinin ailə üzvlərinin sözlərinə görə, o, aksiyada iştirak etməyib, aksiya başa çatdıqdan sonra oraya gedib.

DİN saxlanılan şəxslərlə bağlı şərh vermir.

AXCP-dən Turan-a verilən məlumata görə, polis ümumilikdə 40-dan çox aksiya iştirakçısını saxlayıb, onların əksəriyyəti sərbəst buraxılıb. Bu zaman çoxları polis bölmələrində zorakılığa məruz qalıb.

Ən çox Milli Şuranın üzvü Tofiq Yaqublu xəsarət alıb, o, dəfələrlə döyülüb, üzü eybəcər hala salınıb. 

AXCP üzvü Paşa Dadaşzadənin qolu qırılıb, onlarla digər şəxs də yüngül xəsarət alıb.

Previous Post

The police harshly stopped the action in defense of Saleh Rustamov

Next Post

The fate of 4 detained at the rally in support of Salekh Rustamov is unknown

Start typing to see posts you are looking for.