Tofiq Yaqubluya anasının yas mərasimində iştirak etmək üçün icazə verməyiblər

iyul 30th, 2021

İyulun 30-da Suraxanı Rayon Məhkəməsi Demokratik Qüvvələrin Milli Şurasının və Müsavat Partiyasının Partiyasının üzvü Tofiq Yaqublunun anasının yas mərasimində iştirak etmək üçün Gürcüstana getməsinə icazə verməkdən imtina edib. Bu barədə Turan agentliyinə Tofiq Yaqublu bildirib. O, məhkəmənin qərarını “siyasi sifariş” adlandırıb.

* Tofiq Yaqublu 22 mart 2020-ci ildə yol-nəqliyyat hadisəsi və ailə cütlüyünə hücum ilə bağlı saxta iş üzrə saxlanılıb. İstintaq sübut təqdim etməyib. Buna baxmayaraq, sentyabrın 3-də Yaqublu  dörd il və üç ay müddətinə azadlıqdan məhrum edilib.

Yaqublu uydurma cinayət işinə son qoyulmasını tələb edərək aclıq aksiyası elan edib. Beynəlxalq hüquq- müdafiə təşkilatları, Avropa İttifaqı, ABŞ işə yenidən baxılmasına çağırıblar.  Nəhayət, sentyabrın 18-də məhkəmə həbs qətimkan tədbirini dəyişib və Tofiq Yaqublunu ev dustaqlığına keçirib. İyulun 15-də Apellyasiya Məhkəməsi cəzanın çəkilməmiş hissəsini 2,5 il sınaq müddəti olmaqla şərti cəza ilə əvəz edib.–06D-

By TURAN