Vəkilə keçmiş siyasi mühacirlə görüş verilmir

Vəkil Nemət Kərimli  Almaniyadan deportasiya edilmiş Malik Rzayevlə görüşə bilmədiyini bildirib. O, iki həftə öncə narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilb.

Vəkil Turan-a bildirib ki, noyabrın 1-də müdafiəyə cəlb edilib və orderi müstəntiqə təqdim edib. Ancaq beşinci gündür ki, Rzayevlə görüşə bilmir.

“Malik Rzayev iki həftə öncə 234.4.3-cü maddə (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) ilə saxlanılıb. Məhkəmənin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. 3 saylı Şüvəlan təcridxanasına yerləşdirilib. Dünən və bu gün onunla görüşməyə çalışdım, amma mənə bildirdilər ki, Rzayev Sumqayıt Şəhər Polis İdarəsinin məntəqəsinə köçürülüb. Bu, vəkil kimi mənə xəbərdarlıq olunmadan edilib “, – Kərimli

Penitensiar Xidmətdən və Daxili İşlər Nazirliyindən şərh almaq mümkün olmayıb.

Qeyd edək ki, Rzayev faktiki olaraq Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Müəllim Orucovla eyni vaxtda həbs edilib. Hər ikisi bu il iyun ayında Almaniyadan deportasiya olunublar.

Hüquq müdafiəçilərinin məlumatına görə , Almaniyada olarkən hər ikisi azərbaycanlı siyasi məhbusların müdafiəsilə bağlı etiraz aksiyalarında fəal iştirak edib.

Previous Post

PFPA member Ramiz Jafarov arrested in administrative order

Next Post

The lawyer is not allowed to meet with a former political emigrant

Start typing to see posts you are looking for.