Jurnalist Natiq Cavadlı işdən azad edilib

natiq

“Bizim yol” qəzetinin əməkdaşı Natiq Cavadlı işdən azad edilib. Bu barədə bu gün (21 fevral ) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalist məlumat verib.
Jurnalistin verdiyi məlumata əsasən onun hansı səbəbdən işdən azad olunmasından xəbərdar deyildi. Ona zeng edilərək işdən azad olunduğu bildiriblər. Jurnalist baş redaktorla əlaqə saxlamaq istəsə də onunla danışa bilmədiyini bildirib.
Jurnalist Natiq Cavadlı iqtisadçı ekspert Qubad İbadoğlundan götürdüyü müsahibədən bir gün sonra işdən azad olunduğunu bildirib və onun işdən azad edildiyi gün onun hazırlandığı müsahibə də “Bizim yol” qəzetinin saytından da çıxarılıb. Həmin müsahibədə gömrük, vergi, idxal və digər məsələlər ətrafında suallara cavab qeyd olunub.
Jurnalist Natiq Cavadlının işdən azad edilməsi ilə bağlı “Bizim yol” qəzetin təsisçi və baş redaktoru Bahəddin Həziyev danışmaq istəsək də, o bu haqda heç nə danışmaq istəmədiyini bildirib.

Previous Post

Journalist Natig Javadli sacked over critical article

Next Post

Court dismisses lawsuit of Ganun publishing house

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.