Əvəz Zeynallının işi üzrə məhkəmə başlayıb

Martın 27-də hakim Əli Məmmədovun sədrliyi ilə Bakı Ağır Cinayətlər Məhkəməsində “Xural Yayınları” MMC-nin təsisçisi və baş direktoru Əvəz Zeynallı və “Səda TV” MMC-də rəhbər vəzifədə işləyən Elnur Şükürovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Bir çox media nümayəndələri zala buraxılmayıb.

Məhkəmə prosesi bitdikdən sonra jurnalistlərə açıqlama verən Əvəz Zeynallının vəkili Aqil Layıc bildirib ki, prosesdə müdafiə tərəfi vəsatətlər qaldırıb.

Onun sözlərinə görə, məhkəmə prosesində təqsirləndirilən şəxslərin məhkəməsinin böyük zalda keçirilməsi, cinayət işinin ibtidai istintaqa qaytarılması, bu işdə adı  hallanan prokurorluq əməkdaşı barəsində xüsusi qərar çıxarılaraq, Baş Prokurorluqda araşdırılması üçün vəsatət verilib.

Onun sözlərinə görə, indiki mərhələdə məhkəmə vəsatərlərin bir çoxunu təmin etməyib.

Zeynallı prosesdə özünü təqsirli bilməyib. O bildirib ki, vəzifəli şəxs olmadığı üçün ona qarşı irəli sürülmüş rüşvət alma ittihamı əsassızdır.

Zeynallı həmçinin vəkil Elçin Sadıqovla birlikdə həbs edilməsinə və istintaqın onların birlikdə rüşvət aldıqlarını iddia etməsinə diqqət çəkib. “Amma Sadıqovun işi mənim işimdən ayrılıb və o, azadlıqdadır. Niyə? Axı mənə ittiham onunla birlikdə verilib”, deyə Zeynallı bildirib.

İşin mahiyyəti üzrə dinləmələr aprelin 10-na təyin edilib.

Previous Post

The trial in the case of of Avaz Zeynalli

Next Post

A lawsuit has been filed against a participant in the Karabakh war in connection with an incident a year ago

Start typing to see posts you are looking for.