Əvəz Zeynallının işi üzrə məhkəmə iclası tarixi müəyyən edilib

Martın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə “Xural Yayınları” MMC-nin təsisçisi və baş direktoru Əvəz Zeynallının cinayət işi üzrə hazırlıq iclası olacaq.

Bu barədə Bakı Ağır Cinayətlər Məhkəməısinin elektron məhkəmə portalında məlumat yayılıb. https://e-mehkeme.gov.az/Public/Meetings

Məlumatda deyilir ki, jurnalist Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsi (dövlət hakimiyyəti, dövlət qulluğu mənafeyi və yerli özünüidarə orqanlarında, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarında qulluq mənafeyi əleyhinə olan cinayətlər) ittham olunur.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, “Xural Yayınları” MMC-nin təsisçisi və baş direktoru Əvəz Zeynallı və “Səda TV” MMC-də rəhbər vəzifədə işləyən Elnur Şükürovun təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

“Baş Prokurorluğun İstintaq idarəsində aparılmış istintaq zamanı Əvəz Zeynalovun ayrı-ayrı şəxslərdən hədə-qorxu gəlməklə, təkrar və külli miqdarda rüşvət almasına, habələ Əvəz Zeynallı və Elnur Şükürovun qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxslərin qərarına təsir etmək məqsədilə nüfuz alveri edərək pul almaları, xeyli miqdarda pulu dələduzluq yolu ilə ələ keçirmələri, eləcə də digər şəxsi rüşvət verməyə təhrik etmələrinə əsaslı şübhələr müəyyən edilib”, deyə məlumatda qeyd edilir.

Rəsmi məlumatda bildirilir ki, Əvəz Zeynallıya Cinayət Məcəlləsinin 178.2.1(qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq) 311.3.2,(təkrar rüşvət alma) 311.3.3( küllü miqdarda rüşvət alma), 311.3.4,( hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 32.4, 312.2 (Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə iştirakçılığı) və 312-1.1 (Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə)və digər maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə yekun ittiham elan edilib.

2022-ci il sentyabrın 10-da vəkil Elçin Sadıqov və Xural TV internet televiziyasının təsisçisi Əvəz Zeynallı rüşvət almaqda şübhəli bilinərək saxlanılıb, sentyabrın 11-də məhkəmə hər ikisini həbs edib.

Sonradan ona qarşı Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) ilə yeni ittiham irəli sürülüb. Dekabrın 29-da Əvəz Zeynallının həbs müddəti 3 ay uzadılıb.

Previous Post

A court date has been set for the case of Avaz Zeynalli

Next Post

The trial in the case of of Avaz Zeynalli

Start typing to see posts you are looking for.