Aktivist Aqil Hümbətovun ailəsi onun harada saxlanıldığını bilmir

Aktivist Aqil Hümbətovun ailəsi onun taleyindən narahatdır, çünki hüquq-mühafizə orqanları onun saxlanma yeri barədə məlumat vermir.

“Aqil avqustun 11-də saxlanılıb. Ertəsi gün Xəzər rayon polisi mənə dedi ki, sabah, yəni 13-də o, Şüvəlan təcridxanasına köçürüləcək. Ancaq Aqilin indi harada olduğu, hansı konkret səbəblə ittiham edildiyi, həbs edilməsi üçün məhkəmə qərarının olub-olmadığı məlum deyil, – deyə həyat yoldaşı Aygün Hümbətova Turan-a bildirib.

O, həyat yoldaşının bir qəsəbə sakinini bıçaqladığı üçün saxlanılması barədə polisin iddiasına inanmır.

Qadın hesab edir ki, aktivist sosial şəbəkələrdə hakimiyyəti tənqid etdiyi üçün təqib olunur.

“Həbs ərəfəsində Aqilin feysbuk səhifəsi sındırılıb və uşaq müavinətlərinin təyin edilməsini tələb etdiyi video müraciət silinib”, – deyə aktivistin həyat yoldaşı bildirib.

O qeyd edib ki, əri əvvəllər böhtan atılaraq həbs edilib. Belə ki, keçən il bir qadının yalan ifadəsinə əsasən, Aqil psixiatrik xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən şərh almaq mümkün olmadı.

Daha əvvəl Daxili İşlər Nazirliyinin mətbuat xidməti Hümbətovun Zirə kənd sakini Yamən Məmmədovu bıçaqladığı üçün saxlanıldığını bildirmişdi. Hadisə avqustun 11-də baş verib.

Previous Post

The PPFA activist to be transferred to pre-trial detention center

Next Post

The activist Agyl Humbatov’s family does not know where he is being held

Start typing to see you are looking for.