Apellyasiya Məhkəməsi Xalq Cəbhəsi Partiyası fəalını həbsdə saxlayıb

Oktyabrın 6-da Bakı Apellyasiya Məhkəməsi Xalq Cəbhəsi Partiyasının fəalı Zamin (Əlizamin) Salayevin şərti olaraq vaxtından əvvəl azadlığa buraxılması barədə şikayətini təmin etməyib.

Vəkil Elçin Sadıqovun bildirib, iclas zamanı Salayev 17 saylı koloniyada ona olan təzyiqlərdən şikayət edib. O deyib ki, iki dəfə koloniya rəisi tərəfindən işgəncəyə məruz qalıb.

Vəkil həmçinin bildirib ki, Salayev artıq 29-cu gündür ki, fiziki təzyiqə və əsassız cinayət təqibinə etiraz olaraq aclıq edir.

“Salayevin vəziyyəti pisdir, 20 kiloqram çəki itirib, lakin aksiyanı sona qədər davam etdirmək niyyətindədir”, –  vəkil qeyd edib.

Müdafiə tərəfi apellyasiya instansiyasının qərarından Ali Məhkəməyə şikayət verəcək.

Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

* Zamin Salayev aprelin 20-də Salyan Rayon Məhkəməsi tərəfindən yerli polis zabitinin şikayəti əsasında “böhtan” və “təhqir” ittihamı ilə 2 il, 3 ay müddətinə mühakimə edilib.

İddiaya Salayevin İnternetdə yaydığı videogörüntü səbəb olub. Videogörüntüdə o, polislə söhbət edib, polisi 21 yaşlı yerli sakini onunla birgə yaşamağa sövq etməkdə ittiham edib

Avqustun 6-da məhkəmə cəza müddətinin yarısının çəkməsi ilə əlaqədar onu vaxtından əvvəl şərti azadlığa buraxmaqdan imtina edib. Salayev hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.

Previous Post

Journalist Anar Abdullayev detained

Next Post

The Court of Appeal left the PFPA activist in custody

Start typing to see posts you are looking for.