Avropa Məhkəməsi baş redaktorun şikayətini təmin edib

qenimet-zahid1

Avropa İnsan Haqları Məhkəməsi “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin şikayətini təmin edib. Bu barədə  redaktorun işini aparan Media Hüququ İnstitutu  məlumat yayıb.

Qeyd edək ki, Qənimət Zahid məhkəməyə qədər qanunsuz həbsə alınmamaq hüququnun pozulmasından şikayət etmişdi. Avropa Məhkəməsi Qənimət Zahidin bu hüququnun pozulduğunu qəbul edib. Qənimət Zahid 2007-ci ilin noyabrından 2010-cu ilin martına qədər həbsdə olub. Məhkəmə ona 4 il həbs cəzası kəsib. Məhkəmə hökmünə qədər o, 4 ay istintaq təcridxanasında saxlanılıb.

Məhkəməyə redaktorun hökmə qədər həbsdə saxlanılmasının toxunulmazlıq hüququnun pozduğu üzrə şikayət edilib.

Avropa məhkəməsi şikayəti təmin etməklə yanaşı Azərbaycan hökumətini Azərbaycan hökumətini 10 min avro cərimələyib.

Previous Post

European Court upholds chief editor’s case against Azerbaijan

Next Post

TV and Radio Council refuses to extend license period of regional television

Leave a Reply

Your email address will not be published.

Start typing to see posts you are looking for.