Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı 30 sutka həbs edilib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü, noyabrın 11-də müxalifətin etiraz aksiyası zamanı saxlanılan Rövşən Məmmədov inzibati qaydada 30 sutka həbs edilib.

Qeyd edək ki, noyabrın 11-də axşam Daxili İşlər Nazirliyi bildirib ki, Məmmədov “sərxoş vəziyyətdə” polis maşınının arxa şüşəsini sındırdığı üçün saxlanılıb.

“Rövşən Məmmədov saxlanıldığı zaman avtomobilin şüşəsi artıq sındırılmışdı və buna videosübutlar var. Onu böhtan ittihamı ilə 30 sutka həbs ediblər”, – partiyadan bildiriblər.

Məmmədov İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsilə (polisə tabe olmama) ittiham olunur və noyabrın 12-də 30 sutka müddətinə həbs edilib.

Məmmədovun hüquqlarının müdafiəsi  üçün vəkil cəlb olunacaq və o, həbsdən şikayət verəcək.

Xatırladaq ki, aksiyanı Azərbaycan Xalq Cəbhəsi Partiyası sərbəst toplaşmaq azadlığı, quru sərhədlərinin açılması, siyasi məhbusların azad edilməsi, azad seçkilərin və demokratik islahatların keçirilməsi  tələbilə təşkil edib. Partiyanın məlumatına görə, ümumilikdə 235 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyi yalnız bir nəfərin saxlanıldığını, qalanların “ərazidən çıxarıldığını” bildirib.

Previous Post

PPFA activist arrested for 30 days

Next Post

Company, mired in corruption scandal, received multimillion-manat contract from state

Start typing to see posts you are looking for.