“Demokratiya-18” Hərəkatının fəalı Orxan Zeynallı 30 sutka həbs edilib

“Demokratiya-18” Hərəkatının fəalı Orxan Zeynallı inzibati qaydada 30 sutka həbs edilib. Bu barədə Turan-a “Demokratiya-1918” Hərəkatından bildiriblər.

Tərəfdarları onun uydurma, siyasi motivli ittihamla həbs edildiyini düşünürlər.

Əsasən Hərəkatda qeyd ediblər ki, bundan öncə Zeynallı yemək çatdırılması üzrə kuryerlik üçün istifadə etdiyi velosipedin oğurlanması barədə şikayətinin polis tərəfindən araşdırılmamasına dair tənqidi yazı yazıb.

Bundan əlavə, Zeynallı kuryerlərin əməyinin ödənilməsi üçün ədalətli şərtlər tələb edən  Kuryerlər  Birliyinə rəhbərlik edib.

Hərəkat Zeynallının hüquqlarının müdafiəsi üçün vəkil cəlb etmək və onun həbsindən şikayət etmək niyyətindədir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətində Nərimanov Rayon Məhkəməsinin 11 noyabr tarixli qərarı ilə Orxan Zeynallının inzibati qaydada 30 sutka həbs edildiyini təsdiqləyiblər.

Previous Post

Orhan Zeynalli, an activist of the “Democracy-18” Movement arrested for 30 days

Next Post

Another Democracy 1918 activist arrested for 30 days

Start typing to see posts you are looking for.