Gənc fəal döyüldüyünü bildirib

 om

Yanvarın 28-i vəkil Xalid Bağırov qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlamaqla ittiham olunaraq həbs edilmişaxinherekati.org saytının baş redaktoru , gənc fəal Ömər Məmmədovla görüşüb. Vəkil bildirib ki, Ömər Məmmədov tutularaq maşına mindirilən zaman maşında və Narkotiklə Mübarizə idarəsində ona qarşı fiziki təzyiqlər göstərilib.

“Onun böyrək nahiyəsinə də zərbələr endirilib. İzi qalmasa da ağrılarının olduğunu bildirib. Ona valideynləri ilə bağlı hədə qorxu – gələrək sənədləri imzalatdırıblar. Və dövlətdən nə istədiyini də soruşublar” ,-deyə vəkil bildirib.

Vəkil Xalid Bağırov onu da əlavə edib ki, Ömər Məmmədov əhval ruhiyyəsinin yaxşıdır,  narahatlığı yoxdur və  ictimai-siyasi işlə məşğul olduğu üçün həbs ediləcəyi üçün hazır imiş.

Xatırladaq ki, yanvarın 24-də bir qrup şəxs Ömər Məmmədovu Bakıda saxlayıb. Ömər Məmmədov məlumat verilmədən bilinməyən bir yerə aparılıb. Ailəsi, dostları, media nümayəndələri gün ərzində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə, nazirliyin “102” qaynar xətt xidmətinə məlumat verib. Lakin orqanların heç biri Ömər Məmmədovun harada saxlanılması ilə bağlı bilgi yaymayıb. Yanvarın 25-də Ömər Məmmədova Cinayət Məcəlləsinin 234.4.3 ( külli miqdarda Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları hazırlama, əldə etmə, saxlama, göndərmə, daşıma və ya satma) maddəsi ilə  cinayət işi açılıb və barəsində həbs qətimkan tədbiri seçilib

Previous Post

Young activist alleges beating during detention

Next Post

Journalist suffers from health problems in detention

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.