Həbsdəki jurnalist saxlanma şəraitindən şikayət edir

 594A3954-AD8F-49FE-9AF0-0CC9A6EC4ADA_mw800_s

Yanvarın 24-də  həbsdə olan “Tolışi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədov ailəsinə zəng edərək saxlanma şəraiti ilə bağlı şikayət edib. Bu barədə Reportyorlarln Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Hilal Məmmədovun qardaşı Səbahəddin Məmmədov məlumat verib.

S. Məmmədov bildirib ki, 17 saylı cəzaçəkmə müəssisəsində  saxlanılan Hilal Məmmədovun dərmanları, sənədləri, pulları əlindən alınıb, saçını isə məcburi qırxıblar.

Məsələ  ilə bağlı jurnalistin vəkili Ramiz Məmmədov RATİ-yə  bildirib ki, Hilal Məmmədov bir dəfə ailəsi ilə əlaqə saxlayıb, biz, yəni vəkilləri isə hələ onunla görüşməmişik və ordakı real vəziyyətin nə yerdə olduğunu da bilmirik.

Vəkil artıq görüş üçün penitensiar xidmətə məktub göndərilib və bununla bağlı cavab gözlədiklərini də sözlərinə əlavə edib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov isə RATİ jurnalist Hilal Məmmədovun iddiaları ilə bağlı bildirib ki, o cəzaçəkmə müəssisəsində  yenidir, ancaq hər cəzaçəkmə müəssisəsinin öz nizam-intizam qaydası mövcuddur. “Həm məhkumlar, həm də müəssisə əməkdaşları nizam-intizam qaydalarına uyğun hərəkət etməlidir. Bütün müəssisələrdə hər bir məsələ qanunvericiliyə əsaslanaraq həyata keçirilir. Hər birində qaydalara uyğun olaraq məhbuslar həm xüsusi geyimlə təmin olunurlar, həm də onların saçı qırxılır. Məhkumlara aid olan sənədlərin və əşyaların özlərində qalması üçün nizam – intizam qaydalarına uyğun olaraq tərtib olunmuş siyahı var. Hansı ki, o siyahıda hansı əşyaların məhkumlarda qalmasına icazə verilir. Eyni zamanda jurnalistin  səhhəti üçün lazım olan dərmanların heç biri ondan alınmayıb”,-deyə Sadıqov əlavə edib.

Xatırladaq ki, Hilal Məmmədov Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama), 274-cü (dövlətə xəyanət) və 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. Hilal Məmmədov 5 il müddətinə azadlıqdan məhrum edilib.

Previous Post

Imprisoned journalist complains about prison conditions

Next Post

Journalist’s motion for house arrest denied again

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.