“Demokratiya 1918” Hərəkatı yanında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Elvin Mustafayev Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) ittiham olunaraq 4 ay müddətinə həbs edilib. Bu barədə Turan-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Anar Qafarov bildirib.
Onun sözlərinə görə, Mustafayev , əməlini etiraf edib.
Öz növbəsində, “Demokratiya 1918” Hərəkatında hesab edirlər ki, Mustafayev təzyiq altında özünü ələ verib, onun həbsi isə Kuryer Birliyi Həmkarlar İttifaqındakı fəallığı ilə bağlıdır.
Xatırladaq ki, avqustun 1-də Mustafayev kuryerlərin etiraz aksiyasında iştirak etdikdən sonra avq ustun 4-də saxlanılıb.
Həmin gün “Demokratiya 1918” Hərəkatı yanında Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri Afiyəddin Məmmədov da saxlanılıb. Avqustun 2-də məhkəmə onu “polisə tabe olmadığına” və “xırda xuliqanlığa” görə inzibati qaydada 30 gün həbs edib.