Jurnalist Cəmil Məmmədli polis bölməsindən sərbəst buraxılıb, amma istintaqı davam edir

Yanvarın 18-də jurnalist Cəmil Məmmədliyə qarşı cinayət ittihamı irəli sürüldükdən sonra o, polis bölməsindən sərbəst buraxılıb. İstintaq dövründə onun barəsində polis nəzarəti altında qalma qətimkan tədbiri seçilib. Bu barədə Turan-a o özü məlumat verib.

Məmmədli bildirib ki, CM-in 221.2.2-ci (xuliqanlıq, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Məmmədli ittihamı təkzib edib. Onun sözlərinə görə, 15 dekabr 2022-ci il tarixində onun içərisində olduğu maşına başqa bir maşın vurub. YNH-dən sonra o və onunla birlikdə vurulan maşında olan digər şəxslər qəzada təqsirli olan sürücünü çıxıb getməyə razılaşdırmağa çalışıblar, baxmayaraq ki, günahkar o özü idi. Amma həmin sürücü dava salıb.

Məmmədlinin sözlərinə görə, o, dəfələrlə polisə və iki dəfə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb.

“Mənə qarşı bir reket jurnalist cəlb ediblər, o, guya bizim onunla birlikdə rayon icra başçılarından pul tələb etdiyimizi iddia edib. Amma bunlar gülünc və sübutsuz iddialar idi və mənə qarşı rəsmi ittiham irəli sürülməyib”, deyə Məmmədli bildirib.

Qeyd edək ki, 221.2.2-ci maddə ilə iki ilədək islah işləri, üç ilədək azadlığın məhdudlaşdırılması və ya 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Previous Post

Journalist Mammadli released from police but remains under investigation

Next Post

The court did not release Bakhtiyar Hajiyev on bail

Start typing to see posts you are looking for.