Korrupsiya qalmaqalında adı keçən şirkət dövlətdən milyonlarla dollarlıq müqavilə alıb

“Azərişıq” Dövlət Elektrik Paylayıcı Şirkəti noyabrın 14-də Laçın rayonunun Pircahan qəsəbəsində mühüm obyektləri elektrik enerjisi ilə təmin etmək üçün 35 kVt-lıq izolyasiyalı naqillərin və komplekt transformator stansiyasının çəkilməsi üzrə müqavilənin bağlandığını elan edib. 

Dövlət elektron satınalmaları vahid portalının məlumatına görə, oktyabrın 7-də keçirilmiş tender nəticəsində müqavilə “Harmoni Industrial Konstrakşn ənd Encinerinq Qrup”a verilib. İcra müddəti 60 gün olan müqavilənin dəyəri 2 milyon 309,8 min manat (1 milyon 358 min ABŞ dolları) təşkil edir.

“Harmoni Industrial Konstrakşn ənd Encinerinq Qrup” MMC “Piramida-F.R”in varisidir (VÖEN: 1500429791). Bu şirkət 2020-ci ilin əvvəlində Mədəniyyət Nazirliyi və onun idarələrindən birinin yüksək rütbəli məmurları ilə bağlı korrupsiya qalmaqalının iştirakçısı olub. Şirkətin nümayəndəsi Şamxal Ağaşirinov həmin vaxt dindirilərkən etiraf edib ki, o, mədəniyyət obyektlərindən birinin əsaslı təmiri üçün müqavilə üzrə alınan vəsaitdən 20 faiz və ya 900 min manatı (529 min ABŞ dolları) Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanova  “geri qaytarma” şəklində şəxsən təhvil verib. Bu məbləğ avadanlıqların alınması kimi sənədləşdirilib.

Previous Post

Company, mired in corruption scandal, received multimillion-manat contract from state

Next Post

Activist deported from Germany has health problems

Start typing to see posts you are looking for.