Məhkəmə Elnarə Qasımovanı həbsdə saxladı

Cümə axşamı Xətai Rayon Məhkəməsi “Abzas Media”nın jurnalisti Elnarə Qasımovanın ev dustaqlığına keçirilməsi haqqında vəsatəti təmin etməyib, bu barədə vəkil Ayşa Abdel Qadir bildirib. Bu qərardan apellyasiya şikayəti veriləcək.
Prosesdə Qasımova özü bildirib ki, o, uydurma ittihamla təqib olunur. Jurnalistin sözlərinə görə, həbsinin əsl səbəbi onun “Abzas Media”da jurnalist kimi fəaliyyət göstərməyidir. Bununla belə, Qasımovanın saxlanma şəraitindən şikayəti yoxdur.
* Elnarə Qasımova yanvarın 13-də CM-in 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ittihamı ilə saxlanılıb. Yanvarın 15-də məhkəmə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. O, “Abzas Media”nın işi üzrə məsuliyyətə cəlb olunan altıncı jurnalist və mətbuat işçisi olub.

Previous Post

The court remanded Elnara Gasimova in custody

Next Post

The credentials of Azerbaijani delegation were not ratified in PACE

Start typing to see posts you are looking for.