“Müsəlman Birliyi” Hərəkatının iki üzvünün saxlanıldığı bildirilir

Dekabrın 1-də “Müsəlman Birliyi” Hərəkatının üzvü Nicat Əliyev Bakıda mülki geyimli şəxslər tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılıb. Bu barədə “Müsəlman Birliyi” Hərəkatı bildirib .

Öz növbəsində Əliyevin doğmaları deyiblər ki, dekabrın 1-də günorta o, Masazır qəsəbəsindəki evindən çıxıb və geri qayıtmayıb.

“Nicat taksi sürücüsü işləyir.  Dünən saat 13:00-a yaxın 90 PT 214 dövlət nömrə nişanlı avtomobillə evdən çıxıb. Bundan sonra ondan xəbər yoxdur və zənglərə cavab vermir. Dünən Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng etmişəm, lakin indiyədək Nicatın saxlanıldığı yer barədə ailəsinə məlumat verilməyib. Yerli polisdə deyirlər ki, onu axtarırlar”, –  Nicat Əliyevin anası Yenigül Əliyeva Turan-a bildirib.

Müsəlman Birliyi Hərəkatının digər üzvü Samir Babayev dekabrın 2-də saat 11:00 radələrində Maştağa kəndində naməlum şəxslər tərəfindən saxlanılıb. “Müsəlman Birliyi” Hərəkatı onun taleyinə aydınlıq gətirə bilmir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətində bildiriblər ki,  onlarda Əliyev və Babayevin saxlanılması barədə məlumat yoxdur.

Previous Post

Two members of “Muslim Unity” reportedly detained

Next Post

Blogger alleges police pressure

Start typing to see posts you are looking for.