Müsavat Partiyasının üzvü polis bölməsində saatlarla dindirilib

Yanvarın 17-də Müsavat Partiyasının Mərkəzi Nəzarət Təftiş Komissiyasının Üzvü Rövşən Hüseynov Suraxanı Rayon Polis İdarəsinə çağırılıb. O, müstəntiqlar tərəfindən bir neçə saat dindirildikdən sonra sərbəst buraxılıb.

Müsavat Partiyasının Suraxanı rayon təşkilatından verilən məlumata gorə, Hüseynovu “şikayətçi” ilə üzləşdiriblər: “Həmin adam Rövşən bəyin üzünə duraraq, onu döydüyünü bildirib və ekspertiza rəyində onun döyüldüyü və döyülmə nəticəsində qabırğalarının qırıldığı və digər bədən üzvlərinin xəsarət aldığı qeyd olunub. Araşdırma Suraxanı RPİ-nin 30-cu bölməsində davam edəcək”.

DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev “Basta” nəşrinin sualına cavab olaraq Rövşən Hüseynovun polisə çağırıldığını təsdiqləyib: “Bir neçə gün əvvəl toy məclisindən sonra insident olub. Rövşən Hüseynovun dostu ona xəsarət yetirilməsi barədə şikayət edib. Söhbət dərəcəsi bilinməyən yüngül xəsarətdən gedir. Araşdırma aparılır”.

Hüseynov özü ona qarşı irəli sürülən ittihamı təkzib edib: “Tam yalandır. Toy başa çatdıqdan sonra toy sahibi məndən xahiş etdi ki, orada içib ayaq üstə dura bilməyən bir adamı da yolüstü evinə çatdırım. Mən və toyda iştirak edən daha iki şəxs taksi ilə getdik, həmin içkilini də evinə apardıq. Heç bir insident olmayıb. Şahidlər də bunu bilir. Ona yaxşılıq edib o vəziyyətində evə çatdırmışıq, sonra kim nə öyrədibsə, məndən şikayət edib”.

Müsavat Partiyasından verilən məlumata görə, ittiham uydurmadır və müxalifətə qarşı təzyiqlərin tərkib hissəsidir.

Xatırladaq ki, ötən il Rövşən Hüseynov müsavatçıların M.Ə.Rəsulzadənin Novxanıdakı heykəlini ziyarət etməsinə polisin süni əngəl törətməsinə etiraz etdiyi üçün inzibati qaydada həbs edilmişdi.

Previous Post

“Musavat” Party member questioned by police for hours

Next Post

Journalist Mammadli released from police but remains under investigation

Start typing to see posts you are looking for.