“Gündəlik Azərbaycan” və “Realniy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin atası Emin Fətullayev RATİ-yə bildirib ki, baş redaktorun bu gün saat 14.00-da keçirilməli olan məhkəməsi 11 yanvar saat 14.00-a qədər təxirə salınıb.
Hakim bu qərarını hava şəraitinin pis olması və bunun nəticəsində Fətullayevin məhkəməyə gətirilməsinin mümkün olmaması ilə əsaslandırıb.