QƏNİMƏT ZAHİDOVUN MƏHKƏMƏSİ KEÇİRİLMƏDİ

Bu gün Yasamal rayon məhkəməsinin hakimi Südabə Məmmədovanın sədrliyi ilə “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidovun məhkəməsi təxirə salındı.

 Prosesin təxirə salınmasına hava şəraiti ilə əlaqədar olaraq təqsirləndirilən şəxslərin məhkəməyə gətirilə bilməməsi səbəb olub. Bununla belə, Q.Zahidovun vəkili Elçin Sadıqov vəsatət qaldırdı ki, hakim Cinayət-Prosessual Məcəlləsinin 320-ci maddəsi (qətimkan tədbiri barədə məsələnin həll edilməsi) əsasında baş redaktorun həbsdən azad olunma işinə baxsın. Hakim isə bildirdi ki, “hal-hazırda məhkəmə təxirə salındığından bu işə baxa bilmərik. Bu məsələyə bir dəfə baxmışıq, lazım gələrsə gələn proseslərdə yenə də baxarıq”. Hakim növbəti prosesi 15 yanvar saat 11.00-a təyin etdi.

     Məhkəmə təxirə salındıqdan sonra, vəkil Elçin Sadıqov jurnalistlərə açıqlamasında bildirdi ki, “hal-hazırda Q. Zahidova qarşı provakasiya ilə bağlı məsələdə heç bir yenilik yoxdur.  Bununla bağlı həm Q .Zahidin özü, həm də biz həbsxana rəhbərliyinə müraciət göndərmişik. Və hələlik məndə həbsxana rəhbərliyinin mövqeyi ilə bağlı heç bir məlumat yoxdur”

Previous Post

JURNALİSTLƏR ÜÇÜN TRENİNQ KEÇİRİLƏCƏK

Next Post

FƏTULLAYEVİN MƏHKƏMƏSİ TƏXİRƏ SALINDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.