Paytaxtda dəyirmi masalar, mətbuat konfransları və digər tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan Beynəlxalq Mətbuat Mərkəzinin (BMM) fəaliyyəti sabahdan qeyri-müəyyən vaxta qədər dayandırılır.
Bu barədə RATİ-yə Siyasi və Mülki Hüquqları Mərkəzinin rəhbəri Pərviz Həşimli məlumat verib.
Onun sözlərinə görə, iyulun 17-də Beynəlxalq Mətbuat Mərkəzində ABŞ-ın ölkəmizdəki səfiri Enn Dersiyə “Jurnalistlərin dostu” mükafatının təqdim etmək üçün tədbir keçirməli idilər: “Nəzərdə tutulan tədbirin kirayə haqqını öncədən ödəmişdik. Amma dünən (09 iyul) mənə zəng edib mərkəz təmirə dayandığına görə ödədiyimiz pulu geri götürməyimizi istədilər. Biz artıq BMM-ə ödədiyimiz pulu geri almışıq”.
P.Həşimli bu məsələnin mərkəzin təmirə dayanması ilə yox, sırf siyasi məqsədlərlə bağlı olduğunu bildirdi.Amma BMM-in əməkdaşı Mustafa Niftiyev bu iddia ilə razı deyil. Onun RATİ-yə bildirdiyinə görə, BMM-də təmir işləri aparılacaq və bu səbəbdən də mətbuat mərkəzində keçirilməsi nəzərdə tutulan bütün tədbirlər təxirə salınıb.
*Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) mətbuat konfranslarının, dəyirmi masaların, seminarların və digər tədbirlərin keçirilməsi üçün öz mətbuat mərkəzini təklif edir. Tədbirlərin keçirilməsi pulsuzdur. Əlaqə saxlamaq üçün bu nömrələrə zəng vura bilərsizniz: 598-45-19; 498-66-87