RATİ KANADA QƏZETİNDƏ DƏRC EDİLƏN MƏQALƏYƏ ÖZ ETİRAZINI BİLDİRİR

Bu gün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Monreal şəhərində (Kanada) yerləşən və “Gazette” adlanan qəzetə açıq məktub ünvanlayıb.

Məktub vasitəsilə RATİ Əhməd Mehdi adlı şəxs tərəfindən yazılan və 7 iyul 2008-ci ildə bu qəzetdə dərc edilən “Azərbaycanın daxili düşmənləri xarici düşmənlərdən daha təhlükəlidir” başlıqlı məqaləyə öz etirazını bildirir. RATİ hesab edir ki, cənab Mehdinin məqaləsi Azərbaycanda real vəziyyəti düzgün əks etdirmir və kobud səhvlərdən ibarətdir.  
RATİ məktubda qeyd edir ki, Mehdinin iddia etdiyi kimi Azərbaycanda insan haqları və demokratiya sahəsində vəziyyətin inkişaf etməsi beynəlxalq təşkilatların hesabatları ilə inkar edilir. Mehdinin “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlil barədə iddiası ilə bağlı RATİ qeyd edir ki, Mehdi  “hətta Xəlilin işindən yazarkən  hadisə ilə bağlı düzgün tarixləri qeyd edə bilməyib, bu isə göstərir ki, o faktlar barədə ən elementar anlayışa malik deyil”. Mehdi 22 fevral tarixində Xəlili döyən şəxsləri Daxili İşlər Nazirliyinin əməkdaşları kimi təqdim edir, əslində isə həmin iki şəxs – Akif Çovdarov və Dağbəyi Allahverdiyev Milli Təhlükəsizlik Nazirliyinin nümayəndələri olublar. Bundan əlavə RATİ qeyd edir ki, Mehdi tərəfindən Xəlilin onun hakimiyyət nümayəndələri tərəfindən bıçaqlandığını bildirdiyinə görə müxalifət liderindən 15.000 ABŞ dolları aldığını iddia etməsi “bu iş üzrə hakimiyyətin tutduğu xəttə ziddir və uyğun gəlmir, belə ki, hakimiyyətin rəsmi mövqeyi Xəlilin onun keçmiş tanışı olan “mavi” tərəfindən bıçaqlanmasından ibarətdir. Bununla belə yerli və beynəlxalq insan haqları təşkilatlarının mövqeyi ondan ibarətdir ki, Xəlil onu 22 fevral hadisəsi ilə bağlı susdurmağa cəhd edən hakimiyyət nümayəndələri tərəfindən göndərilən şəxslər tərəfindən bıçaqlanıb. Mehdi istintaqın da peşəkarcasına aparıldığını iddia edir, əslində isə istintaqa qarşı iki iddia mövcuddur – jurnalistə qarşı zor işlədildiyinə görə (Xəlil bildirib ki, onun barmaqları qapı arasına qoyulub, o 19 saat dindirilib və istintaq ona 22 fevral tarixdə onu döyən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına qarşı iddianı geri götürmək üçün rüşvət tələb edib) və istintaq materiallarının vaxtından əvvəl yayılmasına görə. Və ən nəhayət cənab Mehdi məqaləsində qeyd edir ki, Azərbaycanda prezident seçkiləri noyabrda keçiriləcək, amma seçkilərin oktyabrda keçiriləcəyi dəqiqdir.
RATİ vurğulayır ki, Mehdinin məqaləsi Azərbaycanda artıq bir iqtidar yönümlü mətbu orqanda təqdim olunub. Məsələn, Versiya.az saytında “The Gazette”-yə istinadən yazılır: “Qəzet iddia edir ki, “Azadlıq” qəzetinin müxbiri Aqil Xəlil qəsdən hazırlanmış provakasiyaya görə AXCP sədri Əli Kərimlidən 15.000 ABŞ dolları qonorar alıb”.
Sonda bildiririk ki, RATİ cənab Mehdinin istənilən məsələ barədə fikrini ifadə etmək hüququnu tam şəkildə dəstəkləyir, amma düzgün olmayan və qeyri-dəqiq məlumatı fakt kimi təqdim etmək qeyri-peşəkar, qeyri-etik və sadəcə tamamilə səhvdir. RATİ-nin narahatçılığı ondan ibarətdir ki, bu cür böhtan xarakterli məqalə necə “The Gazette” qəzetinə yol tapa bilib.
RATİ ümid edir ki, “The Gazette” RATİ-nin göndərdiyi məktubu dərc etməklə və/və ya bu iş üzrə öz araşdırmasını aparmaqla vəziyyətin düzəlməsinə cəhd edəcək.
Digər beynəlxalq və yerli təşkilatlar da aşağıdakı əlaqə vasitələrindən istifadə etməklə Mehdinin məqaləsinə münasibət bildirə bilərlər:
Elektron məktub göndərmək üçün ünvan:letters@thegazette.canwest.com
Faks göndərmək üçün telefon: 1-514-987-2222
Qəzetin poçt ünvanı: 1010 Ste. Catherine St. West, Suite 200, Montreal, Quebec, H3B 5L1, CANADA.
Previous Post

NƏTİCƏLƏRİ ŞÜBHƏ DOĞURAN MONİTORİNQ KEÇİRİLİB

Next Post

BEYNƏLXALQ MƏTBUAT MƏRKƏZİ TƏMİRƏ DAYANDIRILIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.