Bu günlərdə Azərbaycanda ilk hərbi agentlik – "Milaz" İnformasiya Agentliyi (www.milaz.info) təsis olunub.
Bu barədə RATİ-yə İA-nın təsisçilərindən biri olan “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli məlumat verib. Onun sözlərinə görə, "Milaz" İA-nın yaradılmasında əsas məqsəd ölkənin müdafiə və təhlükəsizlik sahəsində baş verən olayları ictimaiyyətin nəzərinə çatdırmaqdır. "Milaz" İA həmçinin bölgədə və regionda baş verən hadisələrlə bağlı müntəzəm xəbərlər, şərhlər, müsahibələr və təhlillər təqdim etmək niyyətindədir.
İnformasiya Agentliyinin məqsədlərindən biri də müdafiə və təhlükəsizlik sektoruna aid problemlərin öyrənilməsinə və tədqiqinə müstəqil jurnalistlərin, QHT-lərin, geniş ictimaiyyətin cəlb edilməsi vasitəsilə bu sahəyə ictimai nəzarətin gücləndirilməsinə və təhlükəsizliyimizin möhkəmləndirilməsinə dəstək verməkdir.
Belə ki, "Milaz" İA-nın təsisçiləri – «Ehtiyatda və İstefada olan Zabitlər» İctimai Birliyi, «Doktrina» Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi, «651 saylı hərbi hissənin veteranları» İctimai Birliyi, «Manevr» Jurnalist Araşdırmaları Mərkəzi və «Hərbi Jurnalistlər» İctimai Birliyidir.