AQİL XƏLİLİN SƏRBƏST HƏRƏKƏT ETMƏSİNƏ QOYULMUŞ QADAĞA 20 GÜNƏ LƏĞV OLACAQ

“Heç bir əsas olmadan mənim xaricə getməyimin  qarşısını üç dəfə alıblar.

Baş Prokurorluğun əmri ilə xaricə getməyimə  icazə verməyiblər. Mənim yaxın günlərdə xarici ölkələrə səfərlər edəcəyim istisna deyil”. Bunu  RATİ-yə “Azadlıq” qəzetinin əməkdaşı  Aqil Xəlil bildirdi.
Qeyd edək ki, istintaqa cəlb olunması adı altında Baş Prokurorluğun 8 may 2008-ci il tarixli qərarı ilə A. Xəlilin ölkəni tərk etməsinə qoymuş olduğu  qadağa rəsmi olaraq 20 gündən sonra qüvvədən düşəcək. Çünki, bu gün (15 iyul) Nəsimi rayon Məhkəməsində A. Xəlilin bıçaqlanması faktı üzrə başlanmış qurama məhkəmə prosesi başa çatıb. 
Belə ki,  Baş Prokurorluğun qoyduğu  qadağanın aradan götürülməsi yalnız  birinci instansiya məhkəməsinin hökmü elan olunduğu andan 20 gün sonra yerinə yetirilə bilər. Buna baxmayaraq A. Xəlil bundan sonra də xarici səfərlərinə maneçiliklərin olacağını istisna etmir: ”Ümumiyyətlə prokurorluğun bu qərarı absurddur. Əgər xarici ölkəyə  getməyimlə bağlı hər hansı bir təklif olsa mütləq  gedəcəyəm. Yəqin ki, yenə bir bəhanə tapıb səfərimin qarşısını almağa çalışacaqlar”.

Previous Post

“AYGÜN” TV-NİN FƏALİYYƏTİ BİR-NEÇƏ GÜNLÜYƏ DAYANDIRILIB

Next Post

AZƏRBAYCANDA İLK HƏRBİ İNFORMASİYA AGENTLİYİ YARADILIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.