“Sənət qəzeti”nin baş redaktoru Samir Sədaqətoğlunun və qəzetin əməkdaşı Rafiq Tağının həbsi qərarından verilən kassasiya şikayətinə 15 yanvar saat 11.00-da baxılacaq.
Bu haqda Ali Məhkəmənin hakimi Müzəffər Ağazadənin imzası ilə göndərilən məktubda qeyd edilir. Xatırladaq ki, Samir Sədaqətoğlu və Rafiq Tağı 04 may 2007-ci il tarixindən Səbail Rayon Məhkəməsinin qərarı ilə “Sənət qəzeti”ndə “Avropa və Biz” adlı məqaləyə görə dini nifrətin salınmasında təqsirli bilnərək müvafiq olaraq dörd və üç illik həbs cəzasına məhkum edilmişdilər. 28 dekabr 2007-ci il tarixli əfv fərmanı ilə hər iki jurnalist azadlığa buraxılıb. “Müxalifət” qəzetinin əməkdaşı Yaşar Ağazadənin RATİ-yə verdiyi məlumata görə, yanvarın 8-də Ali Məhkəmə qəzetin baş redaktoru Rövşən Kəbirli və Yaşar Ağazadənin həbsi qərarını qüvvədə saxlayıb. Onun sözlərinə görə, bu qərardan Avropa Məhkəməsinə şikayət veriləcək.