Bu gün (31 iyul) “Gündəlik Azərbaycan” qəzetinin Naxçıvan bölgəsi üzrə keçmiş əməkdaşı Yasəf Həsənov RATİ-yə ailəsinin Kəngərli rayon İcra Hakimiyyəti başçısının müavini Kərim Qazımbəyov tərəfindən hədələnməsi haqqında məlumat verib:
”Naxçıvanda peşə fəaliyyətimlə bağlı dəfələrlə MTN əməkdaşları, polis tərəfindən təzyiqlərə məruz qalmışam. “Gündəlik Azərbaycan” qəzeti bağlanandan sonra xırda bizneslə məşğul olmaq istədim, imkan vermədilər. Hazırda çörək pulu qazanmaq üçün Bakıya gəlmişəm, bu ona görə deyil ki, mən təzyiqlərdən qorxub Bakıya gəlmişəm. İndi də K. Qazımbəyov mənim ailəmi hədələyir”.
Y. Həsənovun sözlərinə görə, uzun illərdən bəri onların evinə gələn suyu da K. Qazımbəyov kəsdirib: “Qazımbəyov anama deyib ki, oğlun hakimiyyətin əleyhinə fəaliyyət göstərir, jurnalistlik edir. Hələ sizin evinizi də traktorun qabağına verəcəyəm, oğlunuz da nə vaxt Naxçıvana gəlsə onun başına oyun açacağam”.