LƏNKƏRANDA “24 SAAT” QƏZETİNİN YAYIMINA QADAĞA QOYULUB

“24 saat” qəzetinin Lənkəranda satışına qadağa qoyulub. Bunu RATİ-yə  qəzetin baş redaktoru İlham Tumas deyib.

Onun sözlərinə görə, qəzet təxminən 20 gündür ki, Lənkəranda yayılmır: ““Azərpoçt”un Lənkəran şöbəsinin rəisi Camal Hacıyev bütün nüsxələri alaraq satışdan yığmaqla qəzetin yayımına mane olur. Buna səbəb isə qəzetimizdə Lənkəranla bağlı dərc olunan yazılardır. Fikirləşirəm ki, bu birbaşa İcra Hakimiyyətinin göstərişidir. Çünki Camal Hacıyev belə bir səlahiyyətə malik deyil”.
“Mən ümumiyyətlə o qəzeti tanımıram. Mənim işim-gücüm yoxdur ki, gedib  qəzetləri pulla satışdan yığım. Bu tam əsasız söhbətdir”. Bunu isə RATİ-yə “Azərpoçt” un Lənkəran şöbəsinin müdiri Camal Hacıyev söylədi.
    RATİ-nin Lənkərandakı mənbəsinin apardığı araşdırma nəticəsində isə məlum olub ki, yalnız “24 saat” qəzeti deyil, digər qəzetlərin də yayımı ilə bağlı problemlər mövcuddur. “Məsələn bu gün də köşklərdə “24 saat” qəzeti satışda yoxdur. Bu və digər qəzetlərdə  Lənkəranla bağlı tənqidi məqalələr çap olunanda sadəcə qəzet satışa çıxarılmır, ayın sonunda isə güya satılmayıb deyə həmin qəzetləri redaksiyalara qaytarırlar”, – deyə mənbə qeyd etdi.

Previous Post

JURNALİST YAFƏS HƏSƏNOVUN AİLƏSİ HƏDƏLƏNİR

Next Post

“GÜNDƏLİK BAKI” QƏZETİ MƏHKƏMƏ İLƏ HƏDƏLƏNİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.