Bu gün (01 avqust) Apellyasiya Məhkəməsinin hakimi Saqi Məmmədovun sədrliyi ilə “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlilin ölkədən buraxılmaması ilə bağlı iddiasının icraata götürülməməsi barədə qərardan verilən şikayətə baxılıb.
Jurnalistin vəkili Elçin Sadıqovun RATİ-yə verdiyi məlumata görə, hakim aşağı məhkəmənin qərarını qüvvədə saxlayıb. Bu qərardan kassasiya şikayəti veriləcək.
Qeyd edək ki, Aqil Xəlil bir neçə dəfə ölkəni tərk etmək istəsə də, ona ölkə ərazisindən çıxmağa imkan verilməmişdi. Buna görə də jurnalist Nəsimi Rayon Məhkəməsinə müraciət edərək ölkədən çıxmasının qadağan edilməsi barədə qərarın qeyri-qanuni hesab edilməsini və sərbəst hərəkət etmək hüququnun tanınmasını istəmişdi. Məhkəmənin hakimi Emin Mehdiyev jurnalistin ölkədən buraxılmamasını göstərən heç bir sübutun olmadığını əsas gətirərək iddianın icraata götürülməsindən imtina haqqında qərar çıxarmışdı. Sadıqov isə RATİ-yə bildirib ki, o Baş Prokurorluğun Xəlilin ölkədən çıxmasını qadağan edən qərarını və sərhəd məntəqələrində Xəlilə onun ölkədən buraxılmaması barədə verilən sənədləri məhkəməyə sübut kimi təqdim edib.