“Şəki və Yevlaxda regional televiziyaların açılması üçün bütün hazırlıqlar görülüb”.
Bunu APA-ya Milli Televiziya və Radio Şurasının sədri Nüşirəvan Məhərrəmli bildirib. Onun sözlərinə görə, artıq sözügedən televiziya kanalları sınaq testlərdən də keçirilib .
Habelə Məhərrəmli bildirib ki, bir il ərzində Şirvan şəhərində də regional televiziya fəaliyyətə başlayacaq.
Qeyd edək ki, bir müddət bundan öncə QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev yerli sakinlərin müraciətlərinin nəzərə alınaraq, Şirvanda televiziyanın açılması ilə bağlı MTRŞ sədri Nüşirəvan Məhərrəmli ilə danışıqların aparıldığını və televiziyanın açılması barədə razılıq əldə olunduğunu deyib.