ŞƏKİ, YEVLAX VƏ ŞİRVANDA REGİONAL TELEKANALLAR AÇILACAQ

“Şəki və Yevlaxda regional televiziyaların açılması üçün bütün hazırlıqlar görülüb”.

Bunu  APA-ya  Milli Televiziya və Radio Şurasının sədri Nüşirəvan Məhərrəmli bildirib. Onun sözlərinə görə,  artıq sözügedən televiziya kanalları sınaq testlərdən də keçirilib .
Habelə Məhərrəmli bildirib ki, bir il ərzində Şirvan şəhərində də regional televiziya  fəaliyyətə başlayacaq.
     Qeyd edək ki, bir müddət bundan öncə QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev  yerli sakinlərin müraciətlərinin  nəzərə alınaraq, Şirvanda televiziyanın açılması ilə bağlı MTRŞ sədri Nüşirəvan Məhərrəmli ilə danışıqların aparıldığını və televiziyanın açılması barədə razılıq əldə olunduğunu deyib.   

Previous Post

20 noyabrda helak olmus jurnalistler

Next Post

Jurnalist etikasi kitabinin teqdimati

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.