“Turan” İnformasiya Agentliyinin müxbiri Sarvan Rizvanovun və “Boz Qurd” qəzetinin baş redaktoru Ramiz Nəcəflinin şikayəti üzrə Avropa İnsan Haqları Məhkəməsi Azərbaycan hökumətinə sorğu göndərib.
Bu sözləri vəkil İntiqam Əliyev Sülh və Demokratiya İnstitutu və Azərbaycan Hüquqçular Assosiasiyasının təşəbbüsü ilə təşkil edilən tədbirdə bildirib. İ. Əliyevin sözlərinə görə, Rizvan Sarvanov 2005-ci ildə Yasamal Rayon Polis İdarəsinin əməkdaşı Çingiz Məmmədov tərəfindən fiziki təzyiqlərə məruz qalmışdı. Vəkil bu işlə əlaqədar kifayət qədər sübutların – şəkillərin və lent yazılarının Avropa Məhkəməsinə göndərildiyini vurğuladı. Əliyev bildirdi ki, “Ramiz Nəcəfli müxalifətin təşkil etdiyi mitinqlərdən reportajlar hazırlayarkən döyülüb”.