“SÖZ AZADLIĞI” HAQQINDA QANUN LAYİHƏSİNİN MÜZAKİRƏSİ LƏNGİYİR

“Söz azadlığı haqqında” Qanun lahiyəsi parlamentin yaz sessiyasının gündəliyinə salınmayıb.

Bu barədə Day.az saytına millət vəkili, Milli Məclisin İnsan haqları komissiyasının üzvü  İqbal Ağazadə məlumat verib.
O bildirib ki, “məndə olan məlumata görə, Milli Məclisin daimi komissiyalarında bu qanun lahiyəsinə dair heç bir müzakirələr  aparılmayıb. Bu məsələni nəzərə alaraq, demək olar ki, yaz  sessiyasında da bu məsələnin müzakirə olunmayacağı gözlənilir. Lakin biz çalışacağıq ki, bu qanun lahiyəsinə tezliklə baxılsın”.
Qeyd edək ki, “Söz azadlığı haqqında” Qanun llahiyəsi ilə bağlı məsələyə payız sessiyasında baxılmalı idi.  

Previous Post

AVROPA MƏHKƏMƏSİ İKİ JURNALİSTİN İŞİNİ ARAŞDIRIR

Next Post

“XURAL” QƏZETİ BARƏDƏ ÇIXARILMIŞ SON İKİ QƏRAR BİRLƏŞDİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.