SƏHHƏTİNDƏ YARANMIŞ PROBLEMLƏRƏ GÖRƏ ƏFQAN MUXTARLI BİR HƏFTƏ MÜDDƏTİNƏ İŞDƏN UZAQLAŞIB

Yanvar ayının 7-də İsrailin Azərbaycandakı səfirliyi qarşısında dindarların keçirdiyi etiraz aksiyası zamanı polis tərəfindən döyülən “Yeni Müsavat” qəzetinin müxbiri Əfqan Muxtarlı həkimlərin məsləhəti ilə bir həftə ərzində işdən uzaqlaşıb.

Bu barədə RATİ-yə Əfqan Muxtarlının özü məlumat verdi: ”Aksiya zamanı aldığım zərbələrə görə həkim səhhətim düzələnə kimi ev şəraitində müalicə almağı mənə  tövsiyə edib”. Ə. Muxtarlının sözlərinə görə, müstəntiq jurnalistdə olan ilkin rentgen plyonkalarını istəyib. Lakin jurnalist həmin plyonkaların məhv edilməsindən ehtiyatlanaraq, onu istintaqa təqdim etməkdən imtina edib.
Ə. Muxtarlı əlavə olaraq onu da qeyd etdi ki, məhkəmə tibbi ekspertizasının rəyində əlinin sındığı, ayağında çat olduğu göstərilməyib. Halbuki o, döyüləndə  əl sümüyündə sınıq, ayaq sümüyündə isə çat əmələ gəlib. Ə.Muxtarlı   özünün təşəbbüsü ilə əldə etdiyi rentgen çəkilişlərini əsas götürərək baş vermiş hadisə ilə bağlı məhkəməyə müraciət edəcək.
Previous Post

NAZİRİN İDDİASİ İLƏ LEYLA YUNUSA QARŞI KEÇİRİLƏN MƏHKƏMƏ HAZIRLIQ İCLASI

Next Post

“RİA.AZ” SAYTI HAKER HÜCUMUNA MƏRUZ QALIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.