Yanvar ayının 7-də İsrailin Azərbaycandakı səfirliyi qarşısında dindarların keçirdiyi etiraz aksiyası zamanı polis tərəfindən döyülən “Yeni Müsavat” qəzetinin müxbiri Əfqan Muxtarlı həkimlərin məsləhəti ilə bir həftə ərzində işdən uzaqlaşıb.
Bu barədə RATİ-yə Əfqan Muxtarlının özü məlumat verdi: ”Aksiya zamanı aldığım zərbələrə görə həkim səhhətim düzələnə kimi ev şəraitində müalicə almağı mənə tövsiyə edib”. Ə. Muxtarlının sözlərinə görə, müstəntiq jurnalistdə olan ilkin rentgen plyonkalarını istəyib. Lakin jurnalist həmin plyonkaların məhv edilməsindən ehtiyatlanaraq, onu istintaqa təqdim etməkdən imtina edib.
Ə. Muxtarlı əlavə olaraq onu da qeyd etdi ki, məhkəmə tibbi ekspertizasının rəyində əlinin sındığı, ayağında çat olduğu göstərilməyib. Halbuki o, döyüləndə əl sümüyündə sınıq, ayaq sümüyündə isə çat əmələ gəlib. Ə.Muxtarlı özünün təşəbbüsü ilə əldə etdiyi rentgen çəkilişlərini əsas götürərək baş vermiş hadisə ilə bağlı məhkəməyə müraciət edəcək.