“KORRUPSİYA VƏ CƏMİYYƏT” JURNALININ BAŞ REDAKTOR MÜAVİNİN MƏHKƏMƏSİ TƏXİRƏ SALINDI

Bu gün (28 yanvar) Yasamal rayon Məhkəməsində hakim Mətanət Hacıyevanın sədrliyi ilə Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsində  "xuliqanlıq" maddəsi ilə aparılmış cinayət işinə əsasən, "Korrupsiya və Cəmiyyət" jurnalının baş redaktorunun müavini Mübariz Məsimoğluna qarşı məhkəmə prosesi keçirilmədi.

Zərərçəkən şəxslər və ittiham olunan tərəfin vəkili iştirak etmədiyinə görə, hakim  məhkəmə prosesini 30 yanvar saat 16:00-a təxirə saldı.

Xatırladaq ki, 2008-ci ilin avqust ayında marşrut avtobusda "Korrupsiya və Cəmiyyət" jurnalının baş redaktorunun müavini Mübariz Məsimoğlu ilə Məleykə Əsədova və Emil Carçıyev arasında  mübahisə yaranıb və insidentlə bağlı Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsində  Mübariz Məsimoğluna qarşı "xuliqanlıq" maddəsi ilə cinayət işi qaldırılıb. Mübariz Məsimoğlu isə Yasamal rayon Polis İdarəsinin rəisi Möhübbət Hüseynovun sifarişi əsasında qaldırıldığını iddia edir  və istintaqın nə vaxt aparılmasından və işin məhkəməyə göndərilməsindən xəbərsiz olduğunu bildirir.

Previous Post

52 NƏFƏR JURNALİSTƏ SERTİFİKATLAR TƏQDİM OLUNUB

Next Post

“AZƏRBAYCANFİLM” VƏ PROFESSİONAL KİNOREJİSSORLAR GİLDİYASI İTV-DƏN BORCLARINI TƏLƏB EDİRLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.